Hörmətli tələbələr,

16 oktyabr 2025-ci il tarixində saat 14.00-da Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təhsil məsələləri üzrə müşavirinin köməkçisi Tural Qafarlı Ankara Universitetinin Tandoğan Kampusunda yerləşən Aziz Şevket Kansu binasının konfrans salonunda sözügedən universitetdə təhsil alan azərbaycanlı tələbələrlə görüşəcək. Görüşdə məqsəd Tələbələrimizlə yaxından tanış olmaq, onların təhsil və yaşayışla bağlı problemlərini öyrənmək və problemlərin həllinə köməklik göstərməkdir. Görüşdə Öğrenci Dekanlığı və Uluslararası Öğrenci Koordinatorluğunun əməkdaşları da iştirak edəcəklər.

Sizi də aramızda görməkdən məmnun olarıq!